İstanbul Hava Limanı Avropada LİDER OLDU
    • 2-08-2024, 14:38
    • 182

İstanbul Hava Limanı Avropada LİDER OLDU

Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, etdiyi yazılı açıqlamada, Beynəlxalq Hava Limanları Şurasının iyun, 2024-cü ilin  ikinci rüb və birinci yarısı üçün hava axını məlumatlarını qiymətləndirdi.

News24.az xəbər verir ki, İstanbul Hava Limanının bu ilin ilk yarısında Covid-19 epidemiyasından əvvəlki dövrlə müqayisədə "Əsas Hava Limanları" kateqoriyasında ən yüksək sərnişin daşıma artımını əldə etdiyini ifadə edən Uraloğlu, "İstanbul Hava Limanı pandemiyadan əvvəlki dövr Roma, Madrid, Barselona və London hava limanlarını geridə qoyaraq 18 faizlik sərnişin artımı ilə birinci yeri tutdu", - qiymətləndirməsini edib.

Uraloğlu, İstanbul Hava Limanının ilin ilk yarısında əvvəlki ilin eyni dövrü ilə müqayisədə yükdaşıma baxımından ən yaxşı performans göstərən Avropanın ilk 10 hava limanı arasında olduğunu ifadə edib.

İstanbul Hava Limanının yük və sərnişin artımı baxımından Avropada lider olmasının Türkiyə üçün qürur mənbəyi olduğuna diqqət çəkən Uraloğlu:

"Bu hesabatlar investisiyalarımızın və gördüyümüz işlərin nə qədər məqsədəuyğun və faydalı olduğunu göstərən ən mühüm sənədlərdir. İstanbul Hava Limanı bu ilin ilk yarısında epidemiyadan əvvəlki dövrlə müqayisədə ən çox sərnişin sayını artıran hava limanı olub. İlin ilk yarısında yük daşımalarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32,2 faiz artım var. İstanbul Hava Limanı, Avropada xidmət göstərən ilk 10 hava limanı arasında birinci yerdədir"

Məryəm İlhamqızı