Bu Hava Limanı Avropanın ilk 10-luğunda
    • Dünən, 23:20
    • 78

Bu Hava Limanı Avropanın ilk 10-luğunda

İyun ayı hava hərəkəti hesabatına əsasən, 2024-cü ilin birinci yarısında Avropada ən yüksək hava trafikinə malik 10 hava limanından biri oldu.

News24.az xəbər verir ki, ACI-nin açıqladığı iyun ayı sonu rəqəmlərinə görə, ilin ilk 6 ayında Sabiha Gökçen-dən faydalanan sərnişinlərin sayı keçən ilin eyni dövrünə görə 16,6% artaraq 19 milyon 835 min 915-ə çatıb.

2023-cü ili 37,1 milyon sərnişinlə tamamlayan İSG, hər il 25 milyondan 40 milyona qədər sərnişinə ev sahibliyi edən “meqa hava limanları” kateqoriyasında ilk yarıda 18,5 faiz artırdı. ACI Europe-a görə, ən yüksək artımı bildirən 2-ci hava limanı olub.

Qeyd edək ki, şəhərdaxili nəqliyyat müxtəlifliyi və mərkəzlərə yaxınlığı ilə “şəhər hava limanı” adlandırılan ISG, 55 ölkədə 40 daxili və 125 beynəlxalq istiqamətə xidmət göstərir və ümumilikdə 165 istiqamətlə güclü əlaqələrə malikdir.

Günel Məlikzadə