-
- 2-08-2024, 21:30
- 339
Qonşusuna əmanət etdiyi körpəsi öldü
ABŞ-ın Arizona ştatında polis 6 aylıq bir körpənin avtomobilin arxa oturacağında təxminən 7 saat təhlükəsizlik kəmərinə bağlı qalaraq öldüyünü açıqlayıb.
News24.az xəbər verir ki, uşağın anası qonşusundan 6 aylıq körpəsini Preskott Vadisinə aparmasını istəyib. Qayıdarkən körpə qonşunun avtomobilinin arxa oturacağında yatıb.
Bildirilib ki, qonşu saat 14:00 radələrində evə gəlib, maşını qızmar günəş altında saxlayıb və körpəni maşında unutduğunu iddia edərək evə daxil olub.
Körpənin atası saat 8:45 radələrində anaya zəng edərək qonşunun körpəni nə vaxt ona gətirəcəyini soruşub.
Hələ işdə olan ana qonşuya zəng edir. Qonşu körpəni maşında unutduğunu o zaman fərqinə varıb.
Polis hadisə ilə bağlı açıqlamasında ana, ata və qonşunun saxlanıldığını və istintaqın davam etdiyini bildirib.
Günel Məlikzadə