Novruz Məmmədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib
    • 31-05-2019, 18:52
    • 1 037

Novruz Məmmədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabadda səfərdədir.

Nazirlər Kabinetindən News24.az-a verilən məlumata görə, mayın 30-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Baş Naziri Novruz Məmmədovu qəbul edib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabrında Türkmənistana rəsmi səfərinin, səfər çərçivəsində aparılan danışıqların və imzalanan sənədlərin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi baxımından önəmli rol oynadığı qeyd edilib.
Söhbət zamanı Azərbaycan-Türkmənistan ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərində, o cümlədən ticarət, iqtisadiyyat, energetika sahələrində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Azərbaycanın Baş Naziri Novruz Məmmədov mayın 31-də Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib.