Helikopter qəzaya uğradı
    • Bu gün, 18:20
    • 49

Helikopter qəzaya uğradı

Adana valisi Yavuz Selim Köşger Kozan rayonunda meşə yanğınına müdaxilə etmək üçün su almağa çalışarkən qəzaya uğrayan helikopterdə olan 5 nəfərin xilas edildiyini bildirib.

News24.az xəbər verir ki, Kızlarsekisi rayonunda meşə yanğınına müdaxilə etmək üçün 2 helikopter havaya qalxıb.

Vertolyotlardan birinin qəzaya uğradığını bildirən Köşger, "Təəssüf ki, vertolyot su qəbulu zamanı qəzaya uğrayıb. Helikopterdəki 5 personal da sağdır, yalnız vertolyot suya düşüb. Şəxsi heyətin səhhəti ilə bağlı heç bir problem yoxdur", - deyib.


Məryəm İlhamqızı