Əlindəki elektron siqaret bomba kimi partladı - FOTO
    • Bu gün, 11:57
    • 98

Əlindəki elektron siqaret bomba kimi partladı - FOTO

Türkiyədə avtobus gözləyən 17 yaşlı Buğra Türkseven yanında olan elektron siqareti çəkmək istəyib.

News24.az xəbər verir ki, bu zaman Türksevenin əlindəki elektron siqaret partlayıb.

Ətrafdakı vətəndaşların müdaxiləsi ilə alovlanan elektron siqaret söndürülüb.

Türkseven sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb və müalicəsi davam edir.

Opr. Dr. Gündüz Akgöl bildirib ki, xəstə üz və bədənində yanıq xəsarətləri ilə təcili yardıma müraciət edib.

Xəstənin elektron siqareti iki əli ilə tutub ağzına qoyarkən partladığını izah etdiyini bildirən Akgöl, "Təcili yardımda ilkin tibbi yardım göstərildikdən sonra xəstəni yanıq şöbəsinə apardıq. Üzündə 1-ci dərəcəli yanıq, hər iki əlində 2-ci dərəcəli yanıq var. Hazırda müalicəsinin 3-cü günündəyik. Ümumi vəziyyəti yaxşıdır, müalicələri bir müddət davam edəcək" dedi.

Günel Məlikzadə