Göbələkdən zəhərlənən 5 nəfər xəstəxanaya yerləşdirildi
    • 5-08-2024, 21:55
    • 341

Göbələkdən zəhərlənən 5 nəfər xəstəxanaya yerləşdirildi

Trabzondan tikintidə işləmək üçün Limonsuyu yaylasına gələn bir ailədən 5 nəfər yedikləri göbələkdən zəhərlənib.

News24.az xəbər verir ki, iddiaya görə, V.Ş, İ.Ş, N.Ş, C.Ş və V.Ş adlı vətəndaşlar huşunu itirmə, ürəkbulanma, başgicəllənmə və halsızlıq kimi şikayətlər yaşayıb.

Tikintidə işləyən qazmaçı vəziyyətdən şübhələnərək 112-yə xəbər verib. Sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra 5 nəfərin göbələkdən zəhərləndiyi müəyyən edilib. Bayburt Dövlət Xəstəxanasına gətirilən 5 nəfərdən biri olan 55 yaşlı V.Ş adlı vətəndaş reanimasiyaya yerləşdirilib, digər 4 nəfərə isə ambulator müalicə aparılıb.

2 gün reanimasiyada sağ qalmaq üçün mübarizə aparan 55 yaşlı V.Ş., müalicəsinin ardından reanimasiyadan çıxıb.

Evə buraxılan V.Ş və digərlərinin səhhətinin yaxşı olduğu öyrənilib.

Məryəm İlhamqızı