Qusarda 2 nəfər göbələkdən zəhərlənərək ÖLDÜ - VİDEO
    • 14-10-2023, 20:58
    • 255

Qusarda 2 nəfər göbələkdən zəhərlənərək ÖLDÜ - VİDEO

Qusar şəhərində qidadan zəhərlənmə baş verib.

News.az APA-ya istinadla xəbər verir ki, Cəlilabad rayon sakinləri 43 yaşlı Şamil Zeynalov, 47 yaşlı Sabir Zeynalov və şəxsiyyəti hələ dəqiqləşdirilməmiş bir şəxs göbələkdən zəhərləniblər. Onlardan ikisi dünyasını dəyişib. Şamil Zeynalov ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.