İsrail 80 fələstinlinin cəsədini TƏHVİL VERDİ
    • 5-08-2024, 20:40
    • 199

İsrail 80 fələstinlinin cəsədini TƏHVİL VERDİ

HƏMAS bildirib ki, İsrail Yaxın Şərqdə gərginliyin artması nəticəsində həlak olan 80-dən çox fələstinlinin cəsədini təhvil verib.

News24.az xəbər verir ki, Telegram kanalında yayımlanan açıqlamaya görə, cəsədlər "tamamilə parçalanmış vəziyyətdədir, onların şəxsiyyətini müəyyən etmək mümkün deyil". Qalıqların Həmas tərəfdarlarına, yoxsa Qəzza zolağındakı mülki vətəndaşlara aid olduğunu dəqiqləşdirilməyib.

Qəzza Səhiyyə Nazirliyi məlumatı təsdiqləyib. Nazirlikdən verilən məlumata görə, ölənlər anklavdakı qəbiristanlıqlardan birində dəfn edilib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağında yerləşən radikal Fələstin HƏMAS hərəkatının yaraqlılarının Qəzzadan İsrail ərazisinə qəfil hücum etməsi, İsrailin sərhəd qəsəbələrinin sakinlərini öldürməsi və qadınlar da daxil olmaqla 240-dan çox insanı girov götürməsi Yaxın Şərqdə gərginliyi yenidən alovlandırıb. HƏMAS, hücumunu İsrail hakimiyyətinin Qüdsün Köhnə Şəhərində Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı təcavüzkar hərəkətlərinə cavab kimi qiymətləndirib. Buna cavab olaraq İsrail böhrandan əvvəl 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağının tam blokadaya alındığını elan edib və Qəzzaya, eləcə də Livan və Suriyanın bəzi hissələrinə hava zərbələri endirib. İordan çayının qərb sahilində də toqquşmalar baş verib. 2023-cü ilin noyabr ayının sonlarında Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs əldə olunub. Lakin dekabrın 1-dən atəşkəs pozulub və döyüşlər bu günə qədər davam edir.

Məryəm İlhamqızı