İsrailin Fələstinə hücumu - ÖLƏNLƏR VAR...
    • 22-07-2024, 10:19
    • 120

İsrailin Fələstinə hücumu - ÖLƏNLƏR VAR...

Fələstin xəbər agentliyi "WAFA" bildirib ki, ötən gecə İsrail ordusunun Qəzza zolağının şimal və cənub hissələrində yaşayış evlərinə endirdiyi zərbələr nəticəsində azı 5 nəfər həlak olub.

News24.az xəbər verir ki, anklavın şimalında, Qəzza şəhərinin müxtəlif ərazilərində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb. 

Zərbə cənubdakı Xan Yunisdə də bir evə dəyib. Hücum, bir nəfərin həyatına son qoyub, daha beş nəfər yaralanıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağında yerləşən radikal Fələstin qruplaşmasının yaraqlıları İsrail ərazisinə qəfil müdaxilə etdikdən sonra Yaxın Şərqdə gərginlik yenidən alovlanıb.

İsrail Qəzza zolağının tamamilə blokadaya alındığını elan edərək, Livan və Suriyanın bəzi ərazilərini bombalamağa, həmçinin Qəzza zolağında HƏMAS-a qarşı quru əməliyyatına başlayıb. İordan çayının qərb sahilində də toqquşmaların olduğu bildirilib.

Məryəm İlhamqızı