Apple uşaqlar üçün plastik smart saatlar hazırlayır
    • Dünən, 21:45
    • 65

Apple uşaqlar üçün plastik smart saatlar hazırlayır

“Apple” şirkəti “Apple Watch SE 3” büdcəli ağıllı saatının qiymətini plastik korpusdan istifadə etməklə azaltmağı planlaşdırır. Bu həll yeni məhsula mövcud Samsung modelləri ilə rəqabət aparmağa imkan verəcək. Bundan əlavə, plastik korpus saatın rəng diapazonunu genişləndirməyə kömək edəcək ki, bu da onu uşaqlar üçün daha cəlbedici edəcək. 

News24.az xəbər verir ki, bu barədə İnsayder və Bloomberg-in jurnalisti Mark Qurman özünün yeni Power On bülletenində məlumat verib.

“Apple Watch”un qiymətinin ucuzlaşması “Apple” şirkətinin bütün avadanlıqlarının satışına müsbət təsir göstərəcəyi gözlənilir. Hesablama belədir ki, bir çox insanlar üçün ucuz saatlar Apple ekosisteminə giriş nöqtəsinə çevrilə bilər və bu da onları iPhone və brendin digər cihazlarına aparacaq.

Qurman həmçinin bildirib ki, Apple iki ildən bir yenilənmiş Watch SE modellərini buraxmağı planlaşdırır.

Məryəm İlhamqızı