İsrail Livanın cənubunu vurdu: Ölənlər var
    • Bu gün, 13:04
    • 102

İsrail Livanın cənubunu vurdu: Ölənlər var

Livanın səhiyyə və təhlükəsizlik mənbələri İsrailin Livanın cənubundakı Mayfadun qəsəbəsindəki bir evə hücumu nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb.

News24.az xəbər verir ki, AFP-yə danışan təhlükəsizlik mənbəsi öldürülənlərin hamısının Hizbullah üzvləri olduğunu iddia edib.

Təhlükəsizlik mənbəyi ölənlərin dördünün də kişi olduğunu bildirib. Livanın “Hizbullah” qruplaşması ilə İsrail ordusu arasında baş verən qarşıdurmaların əksəriyyəti sərhəd bölgəsi ilə məhdudlaşıb. 

Qeyd edək ki, Mayfadun Livanın İsraillə sərhədindən təxminən 30 kilometr şimalda yerləşir.

Günel Məlikzadə