İsrail Livana hücumlarını artırıb
    • 17-04-2024, 17:41
    • 113

İsrail Livana hücumlarını artırıb

Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail döyüş təyyarələri Livanın Nakura qəsəbəsindəki bir evi birbaşa hədəfə alıb.

News24.az xəbər verir ki, hücumda heç kimin yaşamadığı və 2 mərtəbəli evin tamamilə dağıldığı bildirilib.

Qeyd olunub ki, İsrailin növbəti aviazərbəsi Alma əş-Şaab qəsəbəsində də sərhəd xəttində yerləşən binaya endirilib.

İsrailin sərhəddə yerləşdirdiyi Merkava tipli tankının Əl-Duheyra qəsəbəsindəki bir evi birbaşa hədəfə aldığı da bildirilib.

Qeyd edək ki, dünəndən etibarən Livanın cənubunda sərhəd bölgəsində Hizbullah Hərəkatı ilə İsrail ordusu arasında gərgin toqquşmalar gedir.

Günel Məlikzadə