-
- 6-08-2024, 23:04
- 464
“Bavariya” Almaniya millisinin üzvü ilə anlaşdı
Almaniyanın “Bayer” (Leverkuzen) komandasının futbolçusu Conatan Ta karyerasını “Bavariya”da davam etdirəcək.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki klub 29 yaşlı müdafiəçinin transferi üçün ilkin razılıq əldə edib.
Əgər transfer rəsmiləşsə, “Bavariya” qarşı tərəfə 30 milyon avro ödəyəcək.
Əvvəlcə Münxen klubu C.Tanı heyətinə cəlb etmək üçün Matias De Lixt ilə yollarını ayırmalıdır.
Qeyd edək ki, Conatan Ta 2015-ci ildən Leverkuzen təmsilçisində çıxış edir. O, həmçinin Almaniya millisinin şərəfini qoruyur.