Bakıda binanın blokunda məktəbli qızı tutub…. - SEKSUAL MANYAKDAN ŞOK ƏMƏLLƏR
    • 1-06-2019, 20:26
    • 3 545

Bakıda binanın blokunda məktəbli qızı tutub…. - SEKSUAL MANYAKDAN ŞOK ƏMƏLLƏR

Bakıda azyaşlı qızlara hücum edən seksual manyakın daha bir cinayət əməli üzə çıxıb.

News24.az
-ın məlumatına görə, Xətai rayonu ərazisində binaların blokunda məktəbli qızlara hücum edib onlara qarşı seksual xarakterli zorakılıq əməlləri törədən Paşayev Amil Mənsur oğlu barəsində Xətai Rayon Polis İdarəsinə müraciət daxil olub. Bir müddət əvvəl 4 qıza qarşı etdiyinə görə tutularaq həbs edilən və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən şəxsin barəsində növbəti dəfə cinayət işi açılıb. Belə ki, G.Əliyevaya qarşı etdiklərinə görə Amil Paşayev barəsində Cinayət Məcəlləsinin 150.1-ci, yəni seksual xarakterli zoraklıq əməlləri maddəsi ilə iş açılıb. Beləliklə onun qurbanlarının sayı 5 nəfərə çatıb. Xətai Rayon Polis İdarəsində araşdırılan cinayət işinin materiallarına rayon məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılacaq. Məhkəmə qərarından sonra onun ümumi cəza müddətinə yenidən baxılacaq.

Qeyd edək ki, A.Paşayev artıq həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən paytaxt sakini Amil Paşayev saxlanılıb.
Onun 2017-ci ilin dekabr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyən edilib. Buzovna qəsəbəsində fəhləliklə məşğul olan A.Paşayev ilk cinayətə 24 noyabr 2017-ci ildə “imza atıb”. O, Xətai rayonu ərazisində azyaşlı qızın məktəbdən evə tək getdiyini görüb onun arxasınca düşüb. Uşaq binanın blokuna daxil olduqda Amil də onunla birgə bloka girib. Pilləkənlərdə qıza yaxınlaşaraq arxadan onu qucaqlayıb. Qızcığaz qorxusundan kürəyindəki çantanı yerə ataraq qaçıb. Çantanı yerdən götürən Amil dərhal oradan uzaqlaşıb və yaxınlıqdakı parka gedərək izi itirmək üçün məktəblinin çantasını yandırıb.

Hadisədən bir ay sonra növbəti dəfə məktəbli “ovu”na çıxan A.Paşayev qəsəbəsindəki “Diaqnoz” Tibb Mərkəzinin qarşısında bir nəfər qızın tək olduğunu görüb onu izləyib. Qız bloka daxil olub liftin düyməsini basmaq istədikdə ona “indi işıqlar sönəcək, liftdə qalacaqsan” deyib. Onun sözlərinə inanan azyaşlı liftə minməyib, pilləkənlərlə üzüyuxarı qalxıb. Amil qızı bıçaqla hədələyərək ona qarşı əxlaqsız hərəkətlər edib.

Sonuncu hərəkətindən “məmnun” qalan Amil növbəti qurbanını yenə də Xətai rayonu ərazisindən seçib. Fevralın 17-də günorta saatlarında 10 yaşlı qızın məktəbdən evə tək qayıtdığını görüb onun arxasınca gedib. Özündən ad fikirləşərək həyətdəki uşaqlardan “bu, filankəsinmi qızıdır?” deyə soruşub. Uşaqlardan biri isə “xeyr, onun atasının adı Camal, anasının adı Nailədir” deyib. Uşağın atasının adını öyrənən Amil qızın arxasınca bloka girib “ sən Camalın qızısan? Gəl səni öpüm. Mən Türkiyədən paltar gətirib satıram, sənə paltar gətirəcəyəm, ölçülərini götürməliyəm” deyib qızın paltarını çıxarmaq istəyib. Uşaq qışqırınca dərhal oradan qaçaraq uzaqlaşıb.

Manyak-pedofilin 9 yaşlı qurbanı başına gələnləri belə nəql edir: ”Valideynlərim işdə olduğuna görə dərsdən çıxıb babamgilə getmişdim. Bloka girəndə qara saçlı, üzü tüklü bir oğlan da bloka girdi. Dedi ki, “liftlə qalxma, işıqlar sönəcək”. Mən də pilləkənlərlə yuxarı qalxdım. Bu vaxt kürəyimdəki çantanı geri dartaraq məni özünə doğru çəkdi. Dedi ki, “səsini çıxarsan, səni öldürəcəyəm”. Yumruqla sifətimdən vurdu. Özümdə güc tapıb qışqırıb babamı çağırdım. Oğlan da tez qaçıb getdi”.

Qurbanlardan biri – 7-ci sinif şagirdi deyir ki, hadisə baş verən gün dərsdən çıxıb evə gələrkən blokda bir nəfərlə rastlaşıb: ”Əynində qırmızı gödəkçə vardı, bloka girən kimi başındakı “kapyuşon”u çıxardı. Bir neçə pillə qalxandan sonra mənə dedi ki, “liftə minmə, indi işıqlar sönəcək”

. Mən də pilləkənlərlə qalxdım. Həmin oğlan qabaqda gedirdi, mən arxadaydım. İkinci mərtəbədə dayanıb telefonunda nəyəsə baxırdı. Yanından ötüb keçəndə əlini mənə toxundurub dedi ki, “yubkan çirklənib, gəl təmizləyim”. Sonra bıçaq çıxarıb üzümə tərəf tutdu, “tərpənmə, tərpənsən bıçağı soxacam qarnına” dedi. Nə qədər dedim ki, “burax məni”, buraxmadı. Mənə dedi ki, “gələcəkdə yaxşı qız olacaqsan, gəl üzündən öpüm”. Aşağıdan blokun giriş qapısının və liftin səsi gəldi deyə, pilləkənlərlə yuxarı qaçdı”.