Britaniyalı üzgüçü yeməkdə olan qurdlardan şikayətləndi
    • 6-08-2024, 19:30
    • 172

Britaniyalı üzgüçü yeməkdə olan qurdlardan şikayətləndi

Üçqat olimpiya çempionu, tarixin ən yaxşı üzgüçülərindən biri, britaniyalı üzgüçü Adam Piti Olimpiya kəndində təklif olunan balıq yeməklərində idmançıların qurd tapdığını bildirib. 

News24.az xəbər verir ki, idmançı bu barədə "Daily Mail"-ə danışıb.

“Qidalanma idmançılardan gözlənilən səviyyə üçün kifayət qədər yaxşı deyil. Tokioda yeməklər Rio-de-Janeyroda olduğu kimi inanılmaz idi. Protein seçimi kifayət deyil. Mən ət yemək istəyirəm, ət lazımdır, niyə nəyisə dəyişməliyəm? Mən də balığı sevirəm, amma insanlar onun içində qurd tapırlar. Bu yaxşı deyil”, – Piti deyib.

Qeyd edək ki, dekabrda 30 yaşı tamam olan britaniyalı 2024-cü il Olimpiadasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında ikinci olub. Daha sonra onun koronavirus testi müsbət çıxıb.

Məryəm İlhamqızı