-
- 2-08-2024, 15:57
- 312
Paris-2024: Üzgüçü huşunu itirib
Slovakiyalı üzgüçü Tamara Potoçka Paris-2024 Yay Olimpiya Oyunlarında xoşagəlməz hadisə ilə üzləşib.
News24.az İdman.biz-ə istinadla xəbər verir ki, o, 200 m məsafəyə fərdi qarışıq yarışlardan huşunu itirib.
Hadisə Potoçkanın finişə çatmasından sonra baş verib. Həkimlər üzgüçünü oksigen maskası ilə xərəkdə aparıblar. O, sonradan özünə gəlib və idmançı hazırda tibbi müayinədən keçir.
Qeyd edək ki, bu, 21 yaşlı üzgüçünün Olimpiya Oyunlarında ilk çıxışı olub.