-
- 19-07-2024, 17:21
- 313
Paris Olimpiadasında Rusiya və Ukrayna idmançıları SALAMLAŞMAYACAQLAR
Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Vadim Qutsayt bildirib ki, bu yay 2024-cü il Paris Olimpiadasında iştirak edəcək ukraynalı idmançılar Rusiyanı təmsil edən idmançılarla salamlaşmayacaqlar.
News24.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna MOK bu barədə artıq beynəlxalq idman federasiyaları ilə danışıb.
"Biz beynəlxalq federasiyalarla idman yarışları zamanı və yarışlardan sonra salamlaşmağın zəruriliyi ilə bağlı razılığa gəlmişik", - Qutsayt Ukrayna televiziyasında çıxışı zamanı deyib. “Razılaşdıq ki, biz bir-birimizlə (ruslarla) salamlaşmayacağıq, əl sıxmayacağıq”.
Ukrayna MOK-un rəhbəri ilin əvvəlində 2024-cü il Olimpiadasında ukraynalı idmançıların Rusiya idmançıları ilə əlaqə saxlamasının qadağan olunacağını elan edib. Bu o deməkdir ki, onlara şəkil çəkdirmək, birgə müsahibə vermək qadağandır.
Onun sözlərinə görə, Ukrayna Fransada keçiriləcək Olimpiadada 23 idman növü üzrə 140 idmançı ilə təmsil olunacaq ki, bu da ölkənin indiyədək Olimpiya Oyunlarına göndərdiyi ən kiçik kontingentdir.
Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.
Məryəm İlhamqızı