Üzgüçümüz yarımfinala yüksələ bilmədi
    • Bu gün, 14:07
    • 37

Üzgüçümüz yarımfinala yüksələ bilmədi

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah “Paris-2024” Yay Olimpiya Oyunlarında qüvvəsini sınayıb.

News24.az "Unikal"-a istinadla xəbər verir ki, üzgüçü 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində çıxış edib.

Məsafəni 26,76 saniyəyə qət edən idmançı öz qrupunu 3-cü pillədə tamamlayıb. Ümumi sıralamada isə 35-ci olan M.Şeyxəlizadəxangah yarımfinala vəsiqə qazana bilməyib və mübarizəni dayandırıb.