Cennifer Lopez nikah üzüyünü çıxardı - SƏBƏB
    • Bu gün, 18:00
    • 56

Cennifer Lopez nikah üzüyünü çıxardı - SƏBƏB

Müğənni Cennifer Lopez və Oskar mükafatlı aktyor Ben Afflek 20 il əvvəl ayrılıblar. Ancaq illər sonra yenidən bir araya gələn cütlük 16 iyul 2022-ci ildə Las-Veqasda sadə bir mərasimlə evlənib. Cütlük daha sonra uzun müddət gündəmdə qalan möhtəşəm toy edib.

News24.az xəbər verir ki, bu yaxınlarda cütlüyün ayrılacağı iddia edilib.

Boşanacaqları ilə bağlı iddialarla bağlı hələ açıqlama verməyən cütlük 60 milyon dollarlıq malikanələrini satışa çıxarıb.

Xatırladaq ki, 55 yaşlı Lopez və Afflek 16 iyul 2022-ci ildə evləniblər. Cütlük toylarının ildönümündə müxtəlif şəhərlərdə olub. Cütlüyün bu özəl gündə belə bir araya gəlməməsi diqqət çəkib.

Onu da bildirək ki, Daily Mail-nin xəbərinə görə Cennifer Lopez üzüyünü çıxarıb. Müğənni barmağında nikah üzüyü olmadan Beverli Hillsdəki malikanəsinə girərkən görüntülənib.

Günel Məlikzadə