Çindən Tayvana - 36 təyyarə, 8 döyüş gəmisi...
    • Bu gün, 19:23
    • 40

Çindən Tayvana - 36 təyyarə, 8 döyüş gəmisi...

Tayvan Milli Müdafiə Nazirliyinin X-də verdiyi bəyanatda deyilib ki, Tayvan hərbçiləri son sutka ərzində Çin Xalq Azadlıq Ordusunun (PLA) 36 təyyarəsi və PLA Hərbi Dəniz Qüvvələrinin 8 döyüş gəmisinin adaya yaxınlaşmasını qeydə alıb.

News24.az xəbər verir ki, onun sözlərinə görə, 31 təyyarə Tayvan boğazının median xəttini keçərək, Tayvanın şimal, mərkəzi, cənub-qərb və şərq hava məkanında adanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.

Qeyd edək ki, Tayvan 1949-cu ildən, Çan Kay-şekin(1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin Vətəndaş Müharibəsində məğlub olaraq qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin isə Tayvanı Çin Xalq Respublikasının əyaləti hesab edir.

Məryəm İlhamqızı