“Neftçi” ona 250 min avro maaş təklif etdi
    • Dünən, 23:57
    • 54

“Neftçi” ona 250 min avro maaş təklif etdi

«Neftçi»nin Mikael İnqebriqtsenə təklif göndərməsindən xəbərdarsız. 

Onun 28 yaşı var və vinger mövqeyində çıxış edir. 

Norveçli ölkəsinin U-15, U-16, U-18, U-19 və U-21 yığmalarının formasını geyinib.  

Yerli «Tromse»nin yetirməsi 2014-2017-ci illəri buradav keçirib. Daha sonra «Göteborq»a keçib.

2018-ci ildə geri qayıdıb və 3 il yenə «Tromse»nin şərəfini qoruyub. 2022-ci ildən bəri «Odds»un uğurları üçün tər tökür.

Aldığımız yeni məlumata görə, «ağ-qaralar» ona son olaraq 250 min avro qazanc təklif edib. Skandinaviyalı 3 illik müqaviləyə imza atarsa, növbəti illərdə gəliri daha da artacaq.

Oyunçunun özü bu çağırışa isti yanaşır. Problem klublar arasındadır. «Odds» hələ də təzminat məbləğində güzəştə getmir.

Bakılı həmkarlarından 500 min avro istəyirlər. «Neftçi» isə maksimum 300 min avro ödəməyə hazırdır.

Roman Qriqorçuku baş məşqçi postuna gətirən «Neftçi» geridə qalan fasilə müddətində 4 transfer əməliyyatı həyata keçirib.

Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev və Robert Bauerlə müqavilə imzalanıb.//Sportinfo.az