-
- 8-08-2024, 19:07
- 480
Kerem Aktürkoğlu "Qalatasaray"dan ayrıla bilər
"Qalatasaray"ın cinah hücumçusu Kerem Aktürkoğlu komandadan ayrıla bilər.
News24.az Oxu.Az-a istinadla xəbər verir ki, türkiyəli futbolçunun "Beşiktaş"la görüşdən sonra soyunub-geyinmə otağında etdiyi hərəkətlər klub rəsmiləri tərəfindən birmənalı qarşılanmayıb.
Belə ki, Kerem Aktürkoğlunun əsəbi davranışı klub rəsmilərinin qəzəblənməsinə səbəb olduğundan futbolçu ilə yolların ayrılmasına qərar verilib. Futbolçunun 5-0 hesablı ağır məğlubiyyətdən sonra soyunub-geyinmə otağında komanda yoldaşlarına bir daha bu klubda oynamaq istəmədiyini söylədiyi iddia olunur.
Qeyd edək ki, "Qalatasaray" rəsmiləri Kerem Aktürkoğlu üçün 15 milyon avro ödəməyi qəbul edən klublarla danışıqlar masasına əyləşəcəklər.