-
- 3-06-2019, 11:26
- 1 032
Məktəblərdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Bakı Şəhər üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, təhsil müəssisələrində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan mühazirə, seminar, konfrans, “Dəyirmi masa”lar, fləşmob, idman yarışları təşkil edilib.
Tədbirlərdə uşaqların hüququnun təmin edilməsi ilə bağlı 1 iyun 1950-ci il tarixdə BMT-nin Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə geniş məlumat verilib, ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə diqqətin artırılması, gələcəyimiz olan uşaqların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.
Tədbirlərdə çıxış edənlər ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı, diqqət və məhəbbətlə yanaşdığını, ölkə Prezidenti İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini vurğulayıblar.
"Hər birimiz bir çiçək", “Biz dünyanın sevinciyik”, “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz və cəmiyyətin gələcəyidir”, “Xoşbəxt olsun uşaqlar” adlı tədbirlərdə şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Bundan əlavə, tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.