4-cü mərtəbədən yıxılan körpə BELƏ XİLAS OLDU
    • 8-08-2024, 23:24
    • 588

4-cü mərtəbədən yıxılan körpə BELƏ XİLAS OLDU

Hadisə Bursada İnegölün Yeniceköy məhəlləsində baş verib. 

News24.az xəbər verir ki, 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yaşayan Nurcan-Murat K. cütlüyünün körpəsi Sahra K. eyvandan yıxılıb.

Birinci mərtəbənin divarındakı üzüm tənəyinə ilişib qalan körpə betonun üstünə düşməkdən xilas olub.

Uşağının yıxıldığını görən ana və atanın xəbəri üzərinə hadisə yerinə sağlamlıq qrupları sövq edilib. Hadisə yerində ilkin tibbi yardım alan körpə təcili yardımla İnegöl Dövlət Xəstəxanasında müalicə olunduqdan sonra ehtiyat məqsədi ilə Bursa Yüksek İxtisas Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Körpənin vəziyyətinin yaxşı olduğu öyrənilərkən, hadisə ilə bağlı araşdırma başladılıb.

Məryəm İlhamqızı