“Manej”dən yıxılan körpə öldü
    • 22-05-2024, 11:00
    • 332

“Manej”dən yıxılan körpə öldü

Astarada nəzarətsiz qalan körpənin yıxılması ölümünə səbəb olub.

News24.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Pensər kəndində baş verib.

Belə ki, "manej"də oynayarkən yıxılan 8 aylıq körpə İ.H Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.