Makron və Netanyahu danışdı
    • 8-08-2024, 17:45
    • 202

Makron və Netanyahu danışdı

Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

News24.az xəbər verir ki, Yelisey Sarayından verilən açıqlamada Makronun Fransanın bölgədə hər hansı hərbi gərginliyin artmasına yol verməməkdə qərarlı olduğunu ifadə etdiyi bildirilib.

Açıqlamada Makronun Netanyahunu bölgənin və xalqının sabitliyini riskə atacaq bir qisas silsiləsi məntiqindən qaçmağa çağırdığı qeyd edilib.

Makronun Netanyahuya Fransanın əsas prioritetinin Qəzzada ən qısa zamanda atəşkəsin təmin edilməsi, məhbusların azad edilməsi və Qəzzalıların humanitar yardımlara geniş miqyaslı, maneəsiz çıxışının təmin edilməsi olduğunu dediyi qeyd edilib.

Eyni zamanda, Makronun bölgədə iki dövlətli həll üçün ölkəsinin tərəfdaşları ilə siyasi konsensus axtarmağa davam edəcəyini, Netanyahu və Makronun bölgədə artan gərginliyə görə yaxın ünsiyyətdə olmağa qərar verdiyi ifadə edilib.

Günel Məlikzadə