Taksi və avtobus toqquşdu - yaralılar var
    • Bu gün, 10:28
    • 72

Taksi və avtobus toqquşdu - yaralılar var

Moskvanın cənubunda Kaşirskoye şossesində taksi və adi avtobusun iştirakı ilə baş verən qəzada 4 nəfər xəsarət alıb. 

News24.az xəbər verir ki, bu barədə paytaxtın Dövlət Yol Müfəttişliyi məlumat yayıb.

Hadisə səhər saat 07:30 radələrində Kaşirskoye şossesində, ev 45-in yaxınlığında baş verib. 

İlkin məlumata görə, “JAC” markalı taksinin sürücüsü avtobus dayanacağında dayanmış sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində avtomobilin sürücüsü və onun 3 sərnişini, o cümlədən 14 yaşlı yeniyetmə xəsarət alıb. Hamısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Avtobusda xəsarət alan olmayıb.

Yol polisi əməkdaşları hadisənin bütün hallarını araşdırır.

Məryəm İlhamqızı