-
- 7-03-2024, 13:25
- 199
Aİ Navalnının ölümünə görə Rusiyaya yeni sanksiyalar tətbiq edir
Avropa İttifaqı Aleksey Navalnının Xarp kəndindəki cəzaçəkmə müəssisəsində ölümü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır .
News24.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Sanksiya layihəsinə əsasən, ona 35 fiziki və iki hüquqi şəxs daxil olacaq. Onların arasında vəzifəli şəxslər, hakimlər, İK-3 və İK-6 koloniyalarının əməkdaşlarının olduğu qeyd edilir. Agentlik adların siyahısını təqdim etmir.
Qeyd edək ki, Avropa ölkəsi Avropa İttifaqının Navalnının ölümünə görə Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar hazırlaması üçün diplomatik səylər göstərir.
Mehriban Mirzəzadə