"Instagram"da foto paylaşımı ilə bağlı yenilik
    • Dünən, 21:55
    • 67

"Instagram"da foto paylaşımı ilə bağlı yenilik

Sosial media nəhəngi "Instagram" yeni funksiyasını təqdim edib.

News24.az metbuat.az-a istinadən xəbər verir ki, yeni özəllik sayəsində "karusel" adlandırılan sürüşdürmə postlarında artıq 20 şəkil paylaşmaq mümkün olacaq. 2017-ci ildən aktiv olan bu cür postlarda buna qədər maksimum 10 şəkil paylaşmaq olurdu.

"Instagram" yeni özəlliklə "TikTok"la raqəbətdə aradakı boşluğu doldurmuş oldu. Belə ki, "TikTok"da sürüşdürmə postlarında 35-ə qədər paylaşıma icazə verilir.