“WhatsApp” istifadəçiləri üçün yeni FUNKSİYA
    • 12-04-2024, 22:20
    • 184

“WhatsApp” istifadəçiləri üçün yeni FUNKSİYA

Məşhur “WhatsApp” messencerinin istifadəçiləri “Instagram”da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Bu barədə WABetaInfo portalı məlumat yayıb.

News24.az Lent.az-a istinadla bildirir ki, mütəxəssislər bildiriblər ki, servis tərtibatçıları “Instagram” ilə “WhatsApp” uyğunluğunu aktiv şəkildə tətbiq edirlər. İstifadəçilər “WhatsApp” status yeniləmələrini “Instagram”da paylaşmaq istəsələr, defolt olaraq deaktiv ediləcək yeni çarpaz göndərmə seçimini aktivləşdirə biləcəklər.

“Instagram” statuslarını dublikat etmək imkanı inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində əlçatan olacaq.