Vilayət Eyvazov SAKİNLƏRLƏ GÖRÜŞƏCƏK
    • 3-02-2020, 09:57
    • 1 002

Vilayət Eyvazov SAKİNLƏRLƏ GÖRÜŞƏCƏK

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2020-ci il fevral ayının 29-da Şirvan şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.