-
- 12-08-2024, 20:54
- 715
İlin ən yaxşı avtomobilləri seçildi
Avtomobil dünyasının ən nüfuzlu tərbirlərindən olan “World Car Awards” (Dünya Avtomobil Mükafatları) başa çatıb.
News24.az Lent.az-a istinadla xəbər verir ki, bütün dünyadan 100-dən çox münsiflər heyətinin iştirak etdiyi tədbirdə dünyanın ən keyfiyyətli avtomobilləri yarışıb.
Tədbirdə 2024-cü ildə seçilən dünyanın ən yaxşı avtomobilləri aşağıdakılardır:
İlin avtomobili mükafatı: Kia EV9
Təşkilatın ən böyük mükafatı olan "Dünyada İlin Avtomobili Mükafatı" Kia-nın elektrikli modeli EV9-a verildi.
İlin ən yaxşı elektrikli avtomobili mükafatı: Kia EV9
Bu model ilin avtomobili mükafatı ilə yanaşı həm də ilin ən yaxşı elektrikli avtomobili mükafatını qazanıb.
İlin ən yaxşı avtomobil dizaynı mükafatı: Toyota Prius
Finala “Ferrari Purosangue” və “Ford Bronco” ilə qalan və öz üslubu ilə seçilən Toyota Prius, ilin ən yaxşı avtomobil dizaynı mükafatını qazanıb.
İlin ən yaxşı lüks avtomobili mükafatı: BMW i5
Lüks avtomobillər dediyimiz zaman ilk ağıla gələn markalardan biri olan BMW bu il də reytinqini qoruyub saxlayıb.
İlin ən yaxşı performanslı avtomobili mükafatı: Hyundai IONIQ 5N
Avtomobil həvəskarlarının daha yaxından izlədiyi performans kateqoriyasının qalibi bu il “Hyundai” tərəfindən təqdim olunan "ötürücülərin dəyişməsinin səsini duyun, sürətlənməni eşidin" devizi ilə IONIQ 5N olub.
İlin ən yaxşı şəhər avtomobili mükafatı: Volvo EX30
Tədbirin bir digər SUV qalibi də Volvo EX30 oldu. 2024-cü ilin Dünya Avtomobil Mükafatlarının parlayan ulduzlarından biri olan EX30 üç fərqli kateqoriyada finala yüksəlib.