-
- 12-08-2024, 17:32
- 608
Serenay Sarıkaya: Mən cəsur aktrisayam
Məşhur aktrisa Serenay Sarıkaya bir dərgiyə verdiyi müsahibə ilə gündəmə gəlib.
News24.az xəbər verir ki, "Şahmaran", "Kimlər Gəldi, Kimlər keçdi", "Aile" və "Fi" kimi seriallarla tanınan 32 yaşlı məşhur aktrisa belə deyib:
“Düşünürəm ki, mən cəsarətli aktrisayam. Mən çox istərdim ki, bir rejissor, ssenarist və ya prodüser məni ilk ağlıma gələndən fərqli şəkildə təsəvvür etsin, mənim haqqımda başqa xəyallar qursun və məni o xəyallar dünyasına çəksin".
Aktrisa ikon necə olmalıdır sualına isə belə cavab verib:
"O, öz duruşu, həyat fəlsəfəsi, təmsil etdiyi şeylər və seçimləri ilə yeni bir yol açıb kütlələri sürükləməlidir. Cəsarətli olmalıdır. Özü ilə bir bütöv olmalıdır, digər insanlar üçün güclü bir simvol olmalıdır".
Günel Məlikzadə