Şahzadə Uilyamdan yeni görüntü - VİDEO
    • 12-08-2024, 17:45
    • 178

Şahzadə Uilyamdan yeni görüntü - VİDEO

Hazırda xərçəng xəstəliyindən müalicə olunan şahzadə Keyt Middlton və şahzadə Uilyam 2024-cü il Paris Olimpiadasında yarışacaq idmançılara dəstək olublar.

News24.az xəbər verir ki, Parisdəki bağlanış mərasimindən əvvəl yaydıqları videoda ikili "Bizim kimi evdə izləyən hər kəs adından Böyük Britaniya komandasını təbrik edirik" deyib.

Şahzadə Uilyam, "Qazandığınız hər şeyə görə sizi təbrik edirəm. Siz hamımız üçün ilham oldunuz" dedi. Videoda dueti Snoop Dog və David Beckham kimi adlar müşayiət edib.

Qeyd edək ki, Şahzadə Uilyamın yeni imici diqqətdən yayınmayıb.


Günel Məlikzadə