Şahzadə Corcun 11 yaşı oldu
    • 22-07-2024, 22:00
    • 158

Şahzadə Corcun 11 yaşı oldu

Uels şahzadəsi Uilyam və şahzadə Keyt Middltonun böyük uşağı olan şahzadə Corcun 11 yaşı olub. 

News24.az xəbər verir ki, atası Şahzadə Uilyamdan sonra taxtın ilk varisi olan Şahzadənin yeni yaşı üçün kral ailəsinin hesabında yeni foto yayımlanıb.

Əvvəlki illərdən fərqli olaraq bu dəfə pozanı Keyt Middlton ağ-qara rəngdə çəkib.

Qeyd edək ki, 22 iyul 2013-cü ildə anadan olan Şahzadə Corcun Şahzadə Şarlotta və Şahzadə Lui adlı iki bacısı var. Körpə yaşlarından kameralar qarşısına keçən Şahzadə böyüdükcə qatıldığı tədbirlərin sayını artırır.

Günel Məlikzadə