16 yaşlı oğlanı elektrik cərəyanı VURDU
    • 13-08-2024, 19:06
    • 289

16 yaşlı oğlanı elektrik cərəyanı VURDU

Rusiyanın Amur vilayətində yük qatarının çəninə çıxan 16 yaşlı oğlan yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

Hadisə ötən gün “Uşumun” stansiyasında baş verib.

Zərərçəkmiş termik yanıq xəsarətləri ilə ağır vəziyyətdə tibb müəssisəsinə aparılıb. 

Azyaşlının xəsarət alması ilə bağlı cinayət işi açılıb. 

Hadisənin baş vermə şəraiti araşdırılır.

Məryəm İlhamqızı