İran Avropa "üçlüyü"nün çağırışına cavab verdi
    • 13-08-2024, 11:05
    • 288

İran Avropa "üçlüyü"nün çağırışına cavab verdi

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Kenani 3 Avropa ölkəsinin dərc etdiyi birgə bəyanata cavab verib.

News24.az xəbər verir ki,İsrailin Qəzzada törətdiyi bəşəriyyətə qarşı cinayətlərə diqqət çəkən Kenani, "İran öz milli təhlükəsizliyini müdafiə etməkdə qərarlıdır. Almaniya, Fransa və İngiltərə başda olmaqla, qərb ölkələri İsrailin müharibə cinayətlərini və Fələstin xalqına qarşı soyqırımını dayandırmaq üçün təsirli səy göstərməkdənsə, sionist rejimi dəstəkləyirlər”, - deyə qeyd edib.

Sözügedən üç ölkənin İranı tanınmış hüquqlarını həyata keçirməkdən əl çəkməyə çağırmasının beynəlxalq siyasətə və qanunlara uyğun gəlməyən bir təşəbbüs olduğunu bildirən Kenani, bu cür yanaşmaların İsraili həvəsləndirməkdən başqa bir məqsədə xidmət etməyəcəyini açıqlayıb. 

Xatırladaq ki, İngiltərə, Fransa, Almaniya, ABŞ və İtaliyanın dünən verdiyi ortaq yazılı açıqlamada İsrailin İrana qarşı müdafiəsinə hər cür dəstəyin davam edəcəyi bildirilib və “İranı İsrailə qarşı hərbi hücum təhdidlərinə son qoymağa çağırırıq", - ifadələrindən istifadə edilib. 

Bəyanatda belə bir hücumun regional təhlükəsizlik üçün ciddi nəticələrinin olacağı vurğulanıb.


Məryəm İlhamqızı