HƏMAS Təl-Əvivi iki raketlə vurdu: Partlayış səsləri eşidildi
    • 13-08-2024, 17:36
    • 149

HƏMAS Təl-Əvivi iki raketlə vurdu: Partlayış səsləri eşidildi

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Təl-Əvivə iki raketlə hücum edib.

News24.az xəbər verir ki, İsrail mediası şəhərdə partlayış səslərinin eşidildiyini, lakin tələfatın olmadığını bildirib.

Qeyd edilib ki, raketlər yaşayış məntəqələrinə deyil, Təl-Əvivin sahil xətlərinə düşüb.

HƏMAS-ın silahlı təşkilatı Əl-Qəssam Briqadaları bəyanat yayaraq, İsrailin Təl-Əviv şəhəri və ətrafını iki “M90” raketi ilə hədəfə aldığını açıqlayıb.

Eyni zamanda, İsrail ordusu Qəzzadan atılan raketlərdən birinin dənizə düşdüyünü, digərinin isə İsrailə çatmamış dayandırıldığını bildirib.

Günel Məlikzadə