"Biz atəşkəs danışıqlarında irəliləyiş görmürük"
    • 8-05-2024, 16:48
    • 141

"Biz atəşkəs danışıqlarında irəliləyiş görmürük"

İsrail 1,5 milyon fələstinlinin sığındığı Rəfaha qarşı quru əməliyyatına başlayıb.

News24.az xəbər verir ki, İsrail atəşkəs razılaşmasında hər hansı irəliləyiş görmədiyini açıqlayıb.

Reuters-in məlumatına görə, İsrail rəsmisi bu gün bildirib ki, Qəzzada bəzi girovları azad edəcək atəşkəs üçün Misirin vasitəçiliyi ilə Həmas ilə danışıqlarda irəliləyiş əlaməti görmür.

Rəsmi əlavə edib ki, İsrail orta səviyyəli danışıqlar aparan nümayəndə heyətini hələlik Qahirədə saxlayır.

HƏMAS-ın silahlı qanadı Qəssam Briqadaları bu gün verdiyi açıqlamada İsrailin bazar ertəsi quru əməliyyatına başladığı Rəfahın şərqində İsrail qüvvələri ilə şiddətli toqquşmaların olduğunu bildirib.

İsrail, HƏMAS-ın hücumundan sonra bağlanan Kerem Şalom Sərhəd Qapısının Qəzzaya yardım göndərmək üçün yenidən açıldığını açıqlayıb.

Günel Məlikzadə