İşdən çıxarılan polkovnik yüksək vəzifəyə TƏYİN EDİLDİ
    • 14-08-2024, 13:21
    • 5 343

İşdən çıxarılan polkovnik yüksək vəzifəyə TƏYİN EDİLDİ

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsindən bu yaxınlarda azad edilmiş polkovnik Nəriman Cabbarova yenidən yüksək vəzifə verilib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polkovnik Nəriman Cabbarov Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, polkovnik Cabbarov hazırda həbsdə olan general-mayor Nizami Məmmədovdan sonra MN-nin Maliyyə və Büdcə İdarəsinin rəisi işləyib.