-
- 14-08-2024, 16:07
- 283
Rusiyanın Belqorod vilayətində fövqəladə vəziyyət elan edildi
Avqustun 6-da Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə daxil olduqdan sonra sərhəd bölgələrində şiddətli toqquşmalar gedir.
News24.az xəbər verir ki, Ukraynanın hücumlarına görə Rusiyanın sərhəd bölgəsi Belqorodda fövqəladə vəziyyət elan edilib.
Belqorod qubernatoru Vyaçeslav Qladkov Ukraynanın artilleriya hücumlarının vəziyyəti "son dərəcə çətin və gərginləşdirdiyini", Ukraynanın hər gün həyata keçirdiyi hücumlarda evlərin dağıldığını, dinc əhalinin həyatını itirdiyini, yaralandığını bildirib.
Qladkov bildirib ki, onlar hökumət komissiyasından mülki əhalinin müdafiəsi üçün elan edilmiş fövqəladə vəziyyətin "federal" səviyyəyə qaldırılmasını xahiş ediblər.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada gecə ərzində Ukraynaya məxsus 117 pilotsuz uçuş aparatının (PUA) və 4 raketinin vurulduğu bildirilib.
Qeyd olunub ki, Ukrayna bir çox bölgələri, o cümlədən Kursk, Voronej, Belqorod və Nijni Novqorodu hədəf alıb.
Günel Məlikzadə