Kremldən bufer zona bəyanatı:
    • 10-07-2024, 22:10
    • 169

Kremldən bufer zona bəyanatı: "Vaxt lazımdır"

Rusiya tərəfindən verilən açıqlamada ordunun Ukraynanın Xarkov vilayətində “bufer zonası” yaradılması istiqamətində işləri davam etdirdiyi, lakin bunun zaman alacağı bildirilib.

News24.az xəbər verir ki, prezident Vladimir Putin may ayında verdiyi açıqlamada Rusiyanın sərhəd bölgələrini, xüsusən də Xarkova bitişik Belqorodu Ukraynanın hücumlarından qorumaq üçün bufer zonası yaratdığını bildirib.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Belqorodun təhlükəsizliyinə təminat verməsinin nə qədər vaxt aparacağı sualına "Təbii ki, bu vəzifəyə nail olmaq üçün vaxt lazımdır. Bu istiqamətdə işlər davam edir" deyib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukraynanın Rusiya sərhədindəki Şebekino şəhərinin bombalanması nəticəsində 1 nəfərin öldüyünü, 7 nəfərin yaralandığını bildirib.

Qladkovun sözlərinə görə, insident zamanı üç çoxmərtəbəli yaşayış binası, bir neçə ticarət obyekti, sənaye müəssisəsi və 20 nəqliyyat vasitəsinə ziyan dəyib.

Qeyd edək ki, Şebekino və daha geniş mənada Belqorod bölgəsi artıq üçüncü ildir davam edən müharibə boyu tez-tez Ukrayna artilleriyası və pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb.

Günel Məlikzadə