-
- 15-08-2024, 20:44
- 197
6 ayda 8,5 milyon turisti qəbul edildi
İstanbul İl Mədəniyyət və Turizm Müdirliyinin məlumatına görə, 2023-cü ilin ilk 6 ayında İstanbula 7 milyon 903 min 538 xarici turist gəlib.
News24.az xəbər verir ki, bu ilin eyni dövründə turist sayı artaraq 8 milyon 562 min 167 olaraq hesablanıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə xarici turistlərin sayı 658 min 629 nəfər artıb.
Qeyd edək ki, iyun ayında şəhərə gələn turistlərin 1 milyon 582 min 662-si hava nəqliyyatından, 55 min 737-si isə dəniz nəqliyyatından istifadə edib.
İstanbulu 171 min 633 nəfərlə seçən xarici ziyarətçilər arasında ilk sırada ruslar qərarlaşıb.
Rusiyadan sonra 112 min 966 nəfərlə ABŞ, 102 min 559 nəfərlə Almaniya, 96 min 418 nəfərlə İran, 85 min 448 nəfərlə Səudiyyə Ərəbistanı, 65 min 440 nəfərlə İngiltərə, 48 min 331 nəfərlə Fransa, 48 min 331 nəfərlə Özbəkistan gəlib.
İyun ayında İstanbula səfər edənlərin 10,48 faizini ruslar, 6,89 faizini amerikalılar, 6,26 faizini almanlar, 5,88 faizini isə iranlılar təşkil edib.
Məryəm İlhamqızı