“Dinamo” ilə oyun öncəsi “Qarabağ”a CİDDİ İTKİLƏR üz verdi - ADLAR
    • 15-08-2024, 15:59
    • 9 673

“Dinamo” ilə oyun öncəsi “Qarabağ”a CİDDİ İTKİLƏR üz verdi - ADLAR

“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Xorvatiyanın “Dinamo” komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarını buraxacaq.

Bu barədə News24.az-a “köhlən atlar”ın mətbuat katibi Anar Hacıyev məlumat verib.

Bolqarıstanda “Ludoqorets”ə qarşı III təsnifat mərhələsinin cavab matçında zədələnən monteneqrolu oyunçuların hər ikisinin əzələsində problem aşkarlanıb.

Veşoviç 2-3, Yankoviç isə 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Bakıda rəqibinə uduzan (1:2) “köhlən atlar” səfərdə “Ludoqorets”i 7:2 hesabı ilə üstələyib. Azərbaycan çempionu “Dinamo” ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.