Təcili yardım maşını ilə avtomobil toqquşdu: Yaralılar var
    • 15-08-2024, 16:53
    • 284

Təcili yardım maşını ilə avtomobil toqquşdu: Yaralılar var

Türkiyədə E.K.-nın idarə etdiyi təcili yardım maşını ilə  T.O.-nun idarə etdiyi avtomobil toqquşub.

News24.az xəbər verir ki, baş verən qəzada 2 sürücü, 2 tibb işçisi və 2 nəfər yaralanıb.

Ətrafdakıların xəbəri alındıqdan sonra hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib.

Yaralılar Kayseri Şəhər Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib.

Yaralıların vəziyyətlərinin yaxşı olduğu öyrənilərkən, qəza ilə bağlı araşdırma başladılıb.

Günel Məlikzadə