Gənclərin psixi sağlamlığı üçün həyəcan siqnalı
    • 15-08-2024, 22:43
    • 534

Gənclərin psixi sağlamlığı üçün həyəcan siqnalı

Gənclərin xəstəliklərinin 45 faizinin psixi problemlərdən qaynaqlandığı və sosial media, aşağı maaş, işsizlik və iqlim böhranı kimi amillərin psixologiyanı pozduğu açıqlanıb.

News24.az xəbər verir ki, Avstraliyalı psixiatr professor Patrik Makqorrinin sədrliyi ilə Britaniyanın “Lancet” tibb jurnalının ekspertlər komissiyasının apardığı qlobal araşdırmada gənclərin psixi sağlamlığının pisləşdiyi bildirilib. 

Hesabatda, 10-24 yaş arası insanlarda görülən ümumi xəstəlik yükünün ən azı 45 faizinin psixi sağlamlıq problemlərindən qaynaqlandığı, lakin qlobal sağlamlıq büdcələrinin yalnız 2 faizinin psixi sağlamlıq xidmətlərinə ayrıldığı ifadə edilib. 

Psixiatr Dr. Paul Denboro gənclərin bir çox stres faktoru ilə üzləşdiyini də qeyd edib.

Mütəxəssislər gənclərin psixi sağlamlığının pisləşməsinin əsas səbəblərini belə izah ediblər:

İşsizlik, bahalılıq, evin kirayəsini verməyə belə çatmayan maaşlar, iqlim böhranı.

Sosial media və digər rəqəmsal platformaların gənclərə təzyiqi və yanlış istiqamətləndirilməsi.

Bir çox məsələlərdə bərabərsizlik və ədalətsizlik.

Məryəm İlhamqızı