-
- 16-08-2024, 18:38
- 298
Avropada şirkətlərin iflası artır
Avropa Statistika İdarəsi (Eurostat) 2024-cü ilin ikinci rübü üçün şirkətlərin iflas məlumatlarını dərc edib.
News24.az xəbər verir ki, məlumatlara görə, Aİ ölkələrində şirkət iflasları ikinci rübdə ilin birinci rübü ilə müqayisədə 3,1 faiz artıb.
İkinci rübdə fəaliyyət sahələrinə görə iflaslarda ən çox artım 3,8 faiz ilə tikinti sektorunda, 2,6 faiz ilə maliyyə əməliyyatlarında, 2,4 faiz ilə ticarətdə və 1,6 faiz ilə sənayedə olub.
Sözügedən dövrdə yeni biznes qeydiyyatları da əvvəlki rüblə müqayisədə 2,1 faiz azalıb.
Məryəm İlhamqızı