Süni intellekt kompüter satışını artırdı
    • 10-07-2024, 16:10
    • 345

Süni intellekt kompüter satışını artırdı

International Data Corporation bazar araşdırması firmasının (IDC) hesabatına görə, 2024-cü ilin ikinci rübündə şəxsi kompüter satışlari keçən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 64,9 milyon ədədə çatıb.

News24.az xəbər verir ki, bu satışların 2 illik azalmadan sonra süni intellektin təsiri ilə  ardıcıl olaraq ikinci rüb üçün artması diqqəti çəkib.

İkinci rübdə ən böyük artım illik 20,8 faizlə Apple-ın kompüter satışlarında olub. Apple-ı 13,7 faizlə Acer izləyib.

Lenovo Group və HP Inc-in satışları müvafiq olaraq 3,7 faiz və 1,8 faiz artıb.

Dell Technologies satışlarında 2,4 faiz azalma olub.

Məryəm İlhamqızı