Rihanna Dior-un yeni brend siması oldu
    • 16-08-2024, 17:35
    • 486

Rihanna Dior-un yeni brend siması oldu

SavageX Fenty adlı alt paltarı və Fenty Beauty adlı gözəllik markası olan müğənni Rihanna Fransa moda nəhəngi Dior-un siması olub.

News24.az xəbər verir ki, “Forbes”in ABŞ-ın öz sərvətini qazanan ən varlı qadınları siyahısına daxil edilən Rihanna təxminən 10 ildən sonra “Dior” brendi üçün kamera qarşısına keçib. Rihanna 2015-ci ildə Dior-un brend səfiri və Diorun ilk qaradərili qadın siması olub.

Brendin "J'Adore" ətri üçün Versal sarayında poza verən ulduz 20 ilə yaxındır ətirin siması olan Şarliz Teronu əvəzləyib. Teron brendi tərk etməyib, o, Dior zinət əşyalarının siması olacaq.

Qeyd edək ki, dünyaca məşhur barbadoslu müğənninin kampaniyasını usta fotoqraf Stiven Klayn çəkib.

Günel Məlikzadə